19.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Dinamo" 0-4 "Qusar - Videoicmal

Slide 1

"Karvan" 0-1 "Qaradağ Lökbatan" - Videoicmal

Slide 1

"Zaqatala" 2-0 "Araz Saatlı" - Videoicmal

Slide 1

"Karvan" - "Qaradağ Lökbatan" canlı yayım

Slide 1

“Dinamo” – “Qusar” canlı yayım

Slide 1

"Difai Ağsu" - "İmişli" canlı yayım

Slide 1

"Zaqatala" - "Araz Saatlı" canlı yayım

   Ramin Musayev: "Futbolumuza xeyir verən klubların qalmasının tərəfdarıyam"      2012-05-24

Unibank Premyer Liqasında aprel və may ayları üçün “ən yaxşı oyunçu”ların mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Unibank KB-nin Marketinq Departamentinin rəhbəri Yevgeni Soltanov bu nominasiyada ötən 3 mövsüm ərzində 25 futbolçunun mükafatlandırıldığını qeyd etdi. Cari mövsümdə isə artıq doqquzuncu mükafatlanırma mərasiminin olduğunu vurğulayan Y.Soltanov bu dövr ərzində əməkdaşlıq edən bütün KİV nümayəndələrinə öz təşəkkürünü bildirdi.

Daha sonra çıxış edən Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov nitqində bunları bildirdi: “Peşəkar Futbol Liqası ilə 3 illik müqaviləmiz başa çatır. Lakin bu, əməkdaşlığın başa çatması demək deyil. PFL-lə və qurumun rəhbəri Ramin Musayevlə əməkdaşlıqdan məmnunuq. Bu, futbolda ilk təcrübə idi. İnanırıq ki, Unibankın Premyer Liqaya sponsorluq etməsi ölkəmizdə futbola olan marağı daha da artırdı. Son zamanlar futbolumuzda inkişaf gedir, yeni stadionlar tikilir, yeni klublar yaranır. PFL-lə birgə layihəmizdən razı qaldım, Ramin Musayevə və bizimlə əməkdaşlıq edən bütün media nümayəndələrinə təşəkkürümü bildirirəm”.

Mükafatlandırma mərasimində çıxış edən PFL-in prezidenti Ramin Musayev bunları bildirdi: “Bütün bu müddət ərzində KİV nümayəndələri ilə birlikdə olduq, aramızda çəkişmələr də oldu. Unibank Azərbaycan futbolunda ilkə imza atdı. Bu tərəfdaşlıqda əsas maliyyə yox, futbola göstərilən diqqət və qayğı idi. Unibankdan sonra digər banklar da futbolumuza investisiya qoymağa başladı. Unibankın futbola göstərdiyi qayğı heç zaman unudulmayacaq. Gələcəkdə də Unibankla əməkdaşlıqda maraqlıyıq”.

Qaliblərin mükafatlandırılmasından sonra Ramin Musayev və Faiq Hüseynov KİV nümayəndələrinin suallarını cavablandırdılar.

Ramin Musayev: “Mətbuatda I Divizion komandalarının lisenziya ala bilməməsi haqqında çox məqalə var idi. Birisi PFL-i günahkar görür, digəri AFFA-nı. Lakin, əgər klub mövsüm boyu əziyyət çəkirsə, futbolçu yetişdirirsə, lakin öz günahı ucbatından lisenziya ala bilmirsə, bu zaman yalnız özü günahkardır, futbolçuların arzusunu gözündə qoyur. Əgər belə hallara güzəşət getsək çempionatımız ağır cərimələnər. Ölkəmizə qarşı müsbət rəy yaratmalıyıq. “Xəzər Lənkəran”ın 6 xalının qaytarılması mənim ad günüm üçün ən böyük sevinc oldu. Azərbaycan klubuna qarşı haqsızlıq edilmişdi, haqq-ədalət öz yerini tapdı. Əgər “Sumqayıt” AFFA-nın komandası olsa idi çempionatı son pillədə başa vurmazdı. “Turan” klubunun ölkə futbolu üçün böyük zəhməti var. Hər bir klubda, hər milli komandamızda “Turan”ın yetirmələri çıxış edir. Mən, çempionatımızda Azərbaycan futboluna xeyir verən klubların qalmasının tərəfdarıyam. İlk dəfə olaraq, ölkə çempionatı ardıcıl üç mövsüm eyni sistemləl keçirildi. Gələcəkdə də bu formatda davam etdirilməsinin tərəfdarıyam. “İkinci altılıq”da rəqabət “ilk altılıq”dan daha çox idi. “Rəvan” və AZAL komandaları iddiaları ilə gələn mövsümə hazırlaşdıqlarını bildiriblər. Növbəti mövsümdə çempionatda hamının razı qalacağı yeni sistem tətbiq etmək istəyirik. Bu mövsümün qaliblərinin mükafatlandırılması mərasimini avrokuboklardan öncə təşkil etmək istəyirik. Lakin komandaların ev-səfər oyunları səbəbindən bu alınmazsa, tədbir çempionatdan öncə keçiriləcək”.

Faiq Hüseynov: “Unibank olaraq əməkdaşlığımızı davam etmək niyyətindəyik. PFL tərəfindən də qarşılıqlı marağın olmasını qısa zamanda biləcəyik. Razılıq olarsa, yalnız texniki detalları danışmaq qalır”.



   Turnir cədvəli
1 Qarabağ 30 72
2 Neftçi 30 47
3 Zirə 30 46
4 Sumqayıt 30 44
5 Sabah 30 43
6 Turan Tovuz 30 42
7 Səbail 30 39
8 Araz-Naxçıvan 30 32
9 Kəpəz 30 31
10 Qəbələ 30 16
Ətraflı
1 Qaradağ Lökbatan 22 48
2 İmişli 22 43
3 Şamaxı 22 42
4 MOİK 22 41
5 Karvan 22 32
6 Zaqatala 22 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 22 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 1819 20 21
22 23 24 25 26 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: