Unibank
Premyer Liqasında aprel və may ayları üçün “ən yaxşı oyunçular” məlumdur. Peşəkar
Futbol Liqası və Unibank Kommersiya Bankının KİV nümayəndələri, həmçinin
klubların baş məşqçiləri və komanda kapitanları arasında keçirdiyi sorğunun nəticələrinə
əsasən “Bakı” klubundan Deividas Çesnauskis aprel, “Xəzər Lənkəran” klubundan
Eder Bonfim isə may ayının ən yaxşı futbolçusu seçilmişdir. Qaliblər tədbirdə
iştirak edə bilmədiyindən Unibankın pul mükafatı və PFL-in hədiyyələri klubların
nümayəndələrinə təqdim olunmuşdur.
|