“Neftçi” klubu 6 futbolçu ilə yollarını ayırıb 2012-05-22
Unibank Premyer Liqasının qalibi paytaxtın “Neftçi” klubu 6
futbolçu ilə yollarını ayırıb. Klubdan verilən məlumata görə, baş məşqçi
Böyükağa Hacıyev və məşqçilər korpusunun təqdimatına əsasən müqavilə müddəti
bitən futbolçular Denis Silva Cruz, Alessandro Viana da Silva, Slavço
Georgiyevski, Rəşad Abdullayev, Fərid Quliyev və Cavid Hüseynovla müqavilə müddətinin
uzadılmamasına qərar verilmişdir.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.