“Bakı” Azərbaycan kubokunda üçüncü dəfə oynadığı final qarşılaşmasında “Neftçi”ni 2:0 hesabıyla məğlub edib. Bununla da “göy zolaqlılar” 2011/2012-ci il mövsümü Azərbaycan kubokuna sahib olub. Peşəkar Futbol Liqası qarşılaşma başa çatdıqdan sonra azarkeşlər arasında lotereya keçirib. Lotereyanın nəticəsinə əsasən, “Bakı” klubunun azarkeşləri - Mirzəyev Şahlar DVD oxuducu, İlqar Əmirov isə televizor uddu. Hər iki azarkeş komandalarının qələbə qazanmasına çox sevindiklərini, gözəl təşkilatçılığa, ədalətli lotereyaya və hədiyyələrə görə Peşəkar Futbol Liqasına təşəkkürlərini bildirdilər. Onlar bu gün komandalarının ən yaxşı oyunlarınından birini izlədiklərini söylədilər. Daha sonra isə azarkeşlərin daha böyük maraqla gözlədiyi “Renault Logan” avtomobili üçün lotereya keçirildi. Avtomobilin sahibi “Neftçi”nin azarkeşi Rəşad Quliyev oldu. PFL prezindeti Ramin Musayev avtomobilin açarını yeni sahibinə təqdim etdi. Rəşad Quliyev komandasının məğlub olmasına çox üzülsə də, “Renault Logan”ı əldə etdiyi üçün çox sevindiyini söylədi: “Avtomobili udacağıma inanırdım. Ədalətli lotereya keçirildi. Yüksək təşkilatçılığa və hədiyyəyə görə PFL-ə təşəkkür edirəm”.
Apple-tab-span">
|