Azərbaycan kubokunun final qarşılaşmasında
"Neftçi" və "Bakı" komandaları üz-üzə gəlib. “Bakı” üçüncü dəfə oynadığı final
matçında da qələbə qazanıb – 2:0.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Heç kimi bu məğlubiyyətə görə
günahlandırmaq istəmirəm. Hamımız günahkarıq. Bu gün, biz demək olar ki, əvəzetməsiz
oynadıq. Bahodir Nasimov zədəli olmasaydı, bilmək olmazdı oyunun nəticəsi necə
olacaqdı. “Bakı” layiqli qələbə qazandı. Slavko Georgievski orta sahədə üzərinə
düşən vəzifənin öhdəsindən gələ bilmədi. Çempionlar Liqasına qədər heyət
gücləndirməyə çalışacağıq”.
Novruz Əzimov, “Bakı” klubunun
baş məşqçisi: “Bu qələbəni klubumuzun prezidenti Hafiz Məmmədova həsr
edirik. Futbolçularım
meydandan kənar təzyiqlərə sinə gərməyi bacardı. Buna görə onlara təşəkkür
edirəm. Gərgin qarşılaşma oldu. Şadam ki, sonda qalib gəldik. Parks
əvəzlənərkən küncdən zərbə vururduq. Parks epizodun başa çatmasını istədi.
Ondan sonra meydandan çıxdı. Baş məşqçisi kimi komandada qalıb-qalmayacağıma rəhbərlik qərar verəcək. Mənim və ya başqa
mütəxəssisin təyin olunmasından aslı olmayaraq, “Bakı”nın seçiminin doğru
olmasını arzulayıram”.
|