Kubokun bombardiri müəyyənləşdi 2012-05-18 |
|
Azərbaycan kubokunun 2011/12 mövsümündə qapılara 58 qol vurulub. Yarımçıq qaldığı üçün texniki nəticə qeydə alınan “İnter” – “Turan” matçı nəzərə alınmamaqla baş tutan 25 oyunda orta məhsuldarlıq 2,32 qol olub.
Bu 58 qolu 47 futbolçu vurub. Yalnız “Bakı”nın futbolçusu Xavyer Junior Vilson cari mövsümün kubok oyunlarında 3 qol vurmağı bacarıb. “Neftçi” ilə final oyununda vurduğu qol onu turnirin ən məhsuldar futbolçusu edib. Kubokun bombardiri hərəyə 2 qol vuran 9 futbolçunu finaldakı uğuru sayəsində arxada qoyub.
1-dən artıq qol vuran 10 futbolçudan başqa daha 37 oyunçu hərəyə 1 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Junior bunadək AZAL-la 1/4 final mərhələsinin cavab oyununda fərqlənmişdi. O, həmin oyunda 2 qol vurmuşdu.
yer | futbolçu | klubu | Qol(penalti) | oyun | 1 | Junior Xavyer Vilson | Bakı | 3 | 6 | 2 | Röyal Nəcəfov | Şuşa | 2 | 1 | 3-4 | Fair Əmirquliyev | Şahdağ | 2 | 2 | | Rendall Brenes | Xəzər Lənkəran | 2 | 2 | 5-7 | Ceyhun Sultanov | Kəpəz | 2 | 3 | | Yuri Fomenko | Kəpəz | 2 | 3 | | Katalin Doman | Xəzər Lənkəran | 2 | 3 | 8-9 | Bahodir Nasimov | Neftçi | 2 | 5 | | Kontreras Pardo Sergio | Bakı | 2 | 5 | 10 | Serj Cehua | Qəbələ | 2 (1) | 1 |
|
|
|
|
|
|