Bu gün 2011/2012-ci
il mövsümü Azərbaycan kubokunun sahibi bəlli olub. “Bakı” paytaxtın digər
təmsilçisi “Neftçi”nı 2:0 hesabıyla məğlub edərək üçüncü dəfə Azərbaycan
kubokuna sahibi olub. Gərgin mübarizənin şahidi olan azarkeşlər və media
nümayəndələri qarşılaşma başa çatdıqdan sonra Peşəkar Futbol Liqasının təqdim
etdiyi hədiyyələri qazanmaq imkanı əldə ediblər. KİV nümayəndələri arasında
keçirilən lotereya nəticəsində AzərTac-ın müxbiri Səxavət Quliyev və www.1news.az
xəbər agentliyinin əməkdaşı Murad Məmmədov notbuk əldə ediblər. Lotereyanın
qalibləri pfl.az saytına öz fikirlərini bildiriblər.
Səxavət
Quliyev: “Bu gözəl
oyunun şahidi olduq. “Bakı” klubunu qələbə münasibətilə təbrik edirəm. Gəldik,
maraqlı oyun izlədik, saytımızda da işıqlandırdıq və notbuk qazandığım üçün çox
məmnunam. Peşəkar Futbol Liqasına gözəl təşkilatçılığa görə təşəkkür edirəm. Ümid
edirəm ki, Azərbaycan futbolu bundan sonra da inkişaf edəcək”.
Murad Məmmədov: “Maraqlı oyun izlədim, sonda hədiyyə qazanmağım da çox
yaxşı oldu. Uşaqlı-böyüklü hamı buradadır, çox gözəl “futbol bayramı”dır, həm
də əliboş getməməyim əla oldu. Təşkilatçılıq baxımından da hər şey çox yaxşı
idi”.
|