Bu gün 2011/2012-ci il mövsümü Azərbaycan kubokunun final oyunu keçiriləcək. Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena" stadionunda baş tutacaq final qarşılaşmasına paytaxtın iki komandası - "Neftçi" və "Bakı" üz-üzə gələcək. Final oyunundan öncə isə saat 18:30-dan etibarən azarkeşlər üçün populyar müğənnilər - Röya və Aygün Kazımovanın, həmçinin meyxanaçılar Rəşad Dağlı və Pərviz Bülbülənin iştirakı ilə möhtəşəm şou-proqram təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan kubokunun "Neftçi" - "Bakı" final oyunundan sonra uduşlu lotereya keçiriləcək. Lotereyada KİV nümayəndələri üçün 2 ədəd notbuk, azarkeşlər üçün isə 1 ədəd DVD oxuducu, 1 ədəd televizor və "Renault Azərbaycan"ın təqdim etdiyi 1 ədəd "Renault Logan" avtomobili oynanılacaq.
Azərbaycan kuboku, final oyunu (açılış 18:30) 17 may (cümə axşamı)
"Neftçi" - "Bakı" AFFA nümayəndəsi: Ramiz Mustafayev Hakim-inspektor: Məlik Həsənov
"Dalğa Arena" stadionu. Saat 20:00
|