25.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Qarabağ" 4-1 "Neftçi" - Videoicmal

Slide 1

Misli Premyer Liqasının XXXII turu rəqəmlərin gözü ilə

Slide 1

"Qəbələ" 0-2 "Zirə" - Videoicmal

Slide 1

"Qarabağ" - "Neftçi" canlı yayım

Slide 1

"Qəbələ" - "Zirə" canlı yayım

Slide 1

Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının təyinatları

Slide 1

“Göygöl” 2-1 “Lerik” – Videoicmal

   Ramin Musayev: “Ədalətli çempionat keçirmək bizim əsas məqsədimizdir”      2015-10-07

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan kubokunun 2015/2016-cı illər mövsümünün püşkatma mərasimi keçirildi.  Tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə yanaşı,  iştirakçı klub nümayəndələri və jurnalistlər iştirak etdilər.

Ramin Musayev tədbir zamanı çıxış edərək, bir sıra məsələlərə aydınlıq gətirdi: “Hər birinizi salamlayıram, püşkatma münasibəti ilə sizi təbrik edirəm. Çalışacağıq ki, kubok oyunlarında problemlər yaşanmasın. Ötənilki final oyununu yaxşı təşkil elədik və heç bir problem olmadı. Klub rəsmiləri tərəfindən hər hansı bir narazılıq eşitmədik.
Bəzi yerlərdə yazılır ki, çempionat oyunlarında hakimlərə göstərişlər verilir. Bütün bunlar yalan söhbətlərdir. Belə bir şey olmayıb, ola da bilməz. Sadəcə, qəbul etmək lazımdır ki, insan səhv edə bilər. Hakim də insandır və səhv etməsi mümkündür.  Əsas məsələ odur ki, qərəz yoxdur. Bir neçə gün öncə hakimlərlə görüşdük, 3 saatdan artıq müzakirələr apardıq. Hakimlər danışan zaman fikirlər haçalandı. Burada oturanların bir qismi futbol oynayıb,  hazırda isə futbol sahəsində çalışırsınız. Bilirsiniz ki, hakim ani qərar verir. Biz isə həmin epizodu monitor qarşısında oturub 10 dəfə izləyirik. Epizodu böyütmək, eləcə də ona başqa tərəfdən baxmaq imkanımız var. Hakim isə belə bir imkana malik deyil. Gəlin olmayan məqamları müzakirə etməyək, reallıqlardan bəhs edək. Deyirlər ki, “Qarabağ”a kömək edirlər. “Qarabağ”a heç kimin köməyi lazım deyil. Televiziya verilişlərində hakim səhvlərindən danışılır. Yaxşı mütəxəssissənsə baş məşqçinin səhvindən danış, futbolçunun səhvindən danış. Bizim əsas məqsədimiz ədalətli çempionat keçirməkdir, başqa məqsədimiz yoxdur”.

Püşkatma mərasimindən sonra PFL prezidenti Ramin Musayev jurnalistlərin suallarını da cavablandırdı. Kubok sponsorluğu yayımı ilə bağlı suala R. Musayev belə cavab verdi: “Bu il kubok üçün sponsor axtarmadıq. Kubokun oyunlarını da CBC yayımlayacaq. Çünki bu kanalın yayımından həm azarkeşlər, həm klub nümayəndələri, ümumilikdə futbol ictimaiyyəti razıdır. İnşallah, I Divizion oyunlarının da yayımına ümid edirik. Bizim çempionat, futbolçuların oyunu heç də zəif deyil. Sadəcə, bunu göstərmək lazım idi. CBC telekanalının yayımından sonra buna bir daha şahid olduq”.

Rəhbər şəxs “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun məlum penalti qərarına da münasibət bildirdi: “Həmin epizodun müzakirəsi aparılan zaman müxtəlif fikirlər səsləndi. Hakimlərin yarısı bir , digər yarısı başqa bir fikir söylədi. Məncə, Qurban Qurbanovun "penaltini vurmayın" qərarı sadəcə onun insanlığından irəli gəlir. Hər kəs bilir ki biz Qurban Qurbanovla ailəvi dostuq, bunu gizlətmirəm. Onun övladları mənə baba deyirlər, amma bunun işə heç bir aidiyyəti yoxdur. Dərindən fikirləşsək, Qurban Qurbanovun düzgün addım atdığını deməliyəm”. 

   Turnir cədvəli
1 Qarabağ 31 73
2 Zirə 31 49
3 Sumqayıt 31 47
4 Neftçi 31 47
5 Sabah 31 46
6 Səbail 31 42
7 Turan Tovuz 31 42
8 Araz-Naxçıvan 31 32
9 Kəpəz 31 31
10 Qəbələ 31 17
Ətraflı
1 Qaradağ Lökbatan 22 48
2 İmişli 22 43
3 Şamaxı 22 42
4 MOİK 22 41
5 Karvan 22 32
6 Zaqatala 22 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 22 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 2425 26 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: