Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2015/2016-cı illər mövsümünün püşkü atıldı. AFFA-nın inzibati binasında reallaşan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri eləcə də jurnalistlər iştirak etdilər. 19 komandanın mübarizə aparacağı turnirdə 1/16 final mərhələsinin və 1/8 final mərhələsinin cütlükləri müəyyənləşdi. Qeyd edək ki, 1/16 və 1/8 final mərhələsinin qalibi 1 oyunda müəyyənləşəcək. 1/4 finaldan etibarən qalib ev-səfər prinsipinə əsasən bəlli olacaq. 14 oktyabr (çərşənbə) 1/16 final mərhələsi MOİK – “Turan Tovuz” “Şahdağ” – “Şəmkir” “Şərurspor” -“Qaradağ Lökbatan” 02 dekabr (çərşənbə) 1/8 final mərhələsi
MOİK-“Turan Tovuz” cütünün qalibi // “İnter” “Rəvan” – “Bakı” “Qarabağ” // “Şahdağ” – "Şəmkir" cütünün qalibi “Neftçala” – “Sumqayıt” “Neftçi” // “Şərurspor” - “Qaradağ Lökbatan” cütünün qalibi “Xəzər Lənkəran” – “Kəpəz” “Qəbələ” – “Mil-Muğan” AZAL - "Zirə"
|