İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:
Unibank Premyer Liqasının XXXII turunun “Xəzər Lənkəran”
– “Qarabağ” matçının 67-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 3 №-li
futbolçusu Elvin Beqiri kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Unibank Premyer Liqasının XXXII turunun “Neftçi” – “Qəbələ”
matçının 18-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya
kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Unibank Premyer Liqasının XXXII turunun AZAL – “Turan”
matçının 18-ci dəqiqəsində “Turan” klubunun mətbuat xidmətinin rəhbəri Süleyman
Tağıyev, matçın 75-ci dəqiqəsində isə AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov
hakimin qərarına emosional şəkildə etiraz etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları
üçün hər iki şəxs 1 oyunluq cəzalanır, hər iki klub 1000 manat cərimə olunur (maddə
63).
Oyunun 75-ci dəqiqəsində AZAL klubunun 23 №-li
futbolçusu Tales Şutz idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200
manat cərimə olunur (maddə 48).
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici
heyətlərinin XXXII turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçında “Sumqayıt”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə
olunur (maddə 40).
Oyunun 32-ci dəqiqəsində Xəzər Lənkəran” klubunun 45
№-li futbolçusu Cəmil Rəhimli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat
cərimə olunur (maddə 37.1).
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici
heyətlərinin XXXII turunun “Neftçi” – “Bakı” matçında “Neftçi” klubunun 5
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə
40).
Oyunun 66-cı dəqiqəsində “Bakı” klubunun 77 №-li
futbolçusu Mahir İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat
cərimə olunur (maddə 37.1).
Azərbaycan I divizionunun XXX turunun “Şəmkir” – “MKT
Araz” matçında “Şəmkir” klubunun 4, “MKT Araz” klubunun 5 futbolçusu sarı vərəqə
ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionunun XXX turunun “Energetik” –
“Bakılı” matçında “Bakılı” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı
texniki məğlubiyyət verilir və klub 500 manat cərimə olunur (maddə 56).
|