Unibank Premyer Liqasının son turunda “Bakı”nı 1:0 hesabı ilə məğlub edərək Avropa
Liqasına vəsiqə qazanan “İnter” komandasının futbolçuları iyun ayının 1-dək
istirahətə buraxılıb. Yayın ilk günündə Türkiyədə bir araya gələcək komandanın
ilk təlim-məşq toplanışı iyunun 12-dək davam edəcək.
İyun ayının 15-dən paytaxt klubunun ikinci təlim-məşq
toplanışına start veriləcək. Toplanışın keçiriləcəyi yer hələlik dəqiqləşməyib.
Ancaq “İnter”in Avropa ölkələrindən birinə yollanacağı gözlənilir. İkinci
toplanış iyun ayının 29-dək davam edəcək.
|