Unibank Premyer Liqasının final mərhələsinin ən yaxşısı
“Qəbələ” klubu olub. Fatih Kavlakın yetirmələri həlledici 10 qarşılaşmada
hamıdan çox – 17 xal toplayıb. “Sumqayıt” isə hamıdan az – 9 xal qazanıb.
“Qəbələ” həm də “Rəvan”la birlikdə final
mərhələsinin ən məhsuldar komandaları olublar – hərəyə - 16 qol. Bürünc
mükafatçı “İnter” isə cəmi 8 qol vurub.
Final mərhələsində ən yaxşı müdafiəyə “Simurq” malik
olub – 7 buraxılmış top. Qapısında 17 qol görən “Kəpəz” isə antirekordçu olub.
“Bakı” və “Qəbələ” hamıdan çox - 5 qələbə qazanıb.
Paytaxt təmsilçisi həm də final mərhələsində heç-heçə etməyən yeganə
komandadır. “Simurq”un isə 6 heç-heçəsi var. Zaqatala təmsilçisi həm də ən az
uduzan komanda olub – cəmi 1 dəfə. Ən az – cəmi 2 qələbə isə “Sumqayıt”ın
hesabındadır. “Kəpəz” isə 6 oyunu xalsız tərk edib.
Qeyd edək ki, final mərhələsinin 60 oyununda qapılara
137 qol vurulub.
|