Unibank Premyer Liqasının 32-ci turunda AZAL doğma azarkeşləri önündə "Turan"ı minimal hesabla məğlub etdi. Əsgər Abdullayev, “Turan” klubunun baş məşqçisi: “Bizim üçün həlledici oyun
idi. Qısa müddət ərzində komanda dördüncü dəfə yığılıb. Gənc futbolçulara şans
veririk. Futbolçularımı gözəl, baxımlı oyuna görə təbrik edirəm”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Heyətdə problemlərimiz var. Bu
oyun gələcəyə ümidlə baxmağımıza imkan verir. Əzmkar oyun nümayiş etdirən heyətə
sahibik. Bu gün baxımlı oyunun şahidi olduq. Rəqibimiz futbol ənənələri olan
bir komanda idi. “Turan”a uğurlar arzulayıram”.
|