Unibank Premyer Liqasının sonuncu turunda "Rəvan" doğma azarkeşləri önündə əzmkar qələbə qazandı - 3:2. Bernhard Raab, “Sumqayıt”
klubunun baş məşqçisi: “Futbolçularım oyuna yaxşı başladılar. Nəticə də var
idi. Rəqibin qapısına iki qol vura bilmişdik. Komandam effektiv oyun nümayiş
etdirirdi. Ancaq ilk 20 dəqiqədən sonra səhvlər buraxmağa başladıq. Ev
tapşırıqlarını futbolçularım yerinə yetirə bilmədi, taktikanı meydanda əks etdirə
bilmədilər. Qapımızdan buraxdığımız üçüncü qol da öz səhvimizdən oldu. Rəqib
bizim səhvlərimizdən istifadə edə bildi. Hesabda 2:0 irəlidə olduğumuz oyunda
qalib gəlməliydik. Ancaq futbolçularım bunu bacarmadı”.
Bəhmən Həsənov, “Rəvan” klubunun baş məşqçisi: “Rəqibimizin itirəcək heç bir şeyi yox idi. Biz buna
görə “Sumqayıt”dan çəkinirdik. Təəssüf ki, oyunun əvvəlində qapımızdan iki qol
buraxdıq. Əzmkar qələbəyə görə futbolçularıma təşəkkür edirəm. “Sumqayıt” çox
gözəl futbol oynayan komandadır. Çempionatda belə komandaların olması yaxşı
haldır. Bu gün “Sumqayıt”ın məğlub olmasının əsas səbəbi təcrübəsizlik oldu”.
|