Unibank Premyer Liqasının son turunda Gəncəyə səfər edən “Simurq” yerli “Kəpəz”lə oyunda
1-0 hesabı ilə qalib gəldi. Qələbə sayəsində Zaqatala təmsilçisi mövsümü 9-cu
pillədə bitirdi.
Giorgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Bizim üçün çox vacib oyun idi. Futbolçularıma qalib gəldikləri üçün minnətdarlığımı bildirirəm. Turnir cədvəlində bir pillə qalxmaq bizim üçün vacibdir. "Kəpəz" komandası da sona
kimi mübarizə apardı, rəqibə mübariz oyuna görə təşəkkür edirəm”.
Fuad
İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “Sona kimi mübarizə apardıq, komandanın oyunundan
razı qaldım. Premyer Liqadakı yerimizi artıq təmin etmişdik. Ceyhun Sultanovun xəstəlik
səbəbindən bu gün iştirak etməməsi oyunumuza təsir etdi”.
|