Unibank Premyer Liqasının son turunda cari mövsümün çempionu "Neftçi" doğma azarkeşləri önündə "Qəbələ"yə minimal hesabla məğlub oldu. Fatih Kavlak,
“Qəbələ” klubunun baş məşqçisi: “Fikrimcə bugünkü konfransın
əsas mövzusu “Neftçi”nin çempion olmasıdr. “Neftçi”ni çempion olması münasibətilə
bir daha təbrik edirəm. Avrokuboklarda bütün komandalara uğurlu çıxış etməyi
arzulayıram. Futbolçuları bu oyuna kökləmək çətin idi. Lakin qələbə qazana
bildik. Komandama təşəkkür edirəm”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “İlk
olaraq bütün “Neftçi”sevərləri çempionluq münasibətilə təbrik edirəm. Uzun və
ağır marafon oldu. Lakin son iki oyuna komanda köklənə bilmədi. Futbolçularda
arxayınçılıq var idi. Bohadir Nasimovun olmaması özünü göstərdi. Yaratdığımız
qol epizodlarından istifadə edə bilmədik. Bu kubok öncəsi son məşq kimi idi. “Qəbələ”yə
növbəti mövsümdə uğurlar arzu edirəm. “Qəbələ” yaxşı təşkilatlanmış komandadır.
Çempionlar Liqasındakı çıxışımızda azarkeşlərin etimadını doğrultmağa çalışacağıq”.
|