Unibak Premyer Liqasının son turunda "İnter" doğma azarkeşləri önündə "Bakı"nı məğlub edərək Avropa Liqasına vəsiqəni təmin etdi - 1:0. Novruz Əzimov,
“Bakı” klubunun baş məşqçisi: ““İnter”i Avropa Liqasına
çıxması və qələbə qazanması münasibətilə təbrik edirəm. Bu oyunda gənc
futbolçulara şans verdim, lakin onlar özünü doğrultmadılar. Bəzi epizodlarda
futbolçular mübarizədən yayınırdı, özlərini qoruyurdular. Rəqibin çoxlu qol
imkanları olsa da, yalnız birindən istifadə edə bildi. Qarşıda kobokun final oyunu
var. Müdafiədə bu qədər səhv buraxmamalıydıq. Kubokun finalına daha yaxşı
hazırlaşmalıyıq”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Oyun çox gərgin məcrada keçdi. Bu
oyunda “Bakı”nın bir sıra aparıcı oyunçuları iştirak etməsə də, onlara qarşı
oynamaq ağır idi. Futbolçuların üzərində psixoloji basqı var idi. Son iki gündə
futbolçularla daim söhbət edirdik. Qarşıya qoyulan məqsədə çatdıq. Bu il “İnter”i
heç kim ciddi qəbul etmirdi. Futbolçular mövsüm boyu özlərini yaxşı tərəfdən
göstərdilər. Oyunun sonlarında böyük məsuliyyət hiss etməyə başladım. Çünki avrokuboklarda
ancaq klub üçün yox, həm də ölkənin adından çıxış edəcəyik. İnanıram ki, heyəti
düzgün formalaşdırıb uğurlu çıxış edəcəyik. Əsas odur ki, nəticə göstərək. “Bakı”ya
kubokun finalında və avrokuboklarda uğurlar arzulayıram”.
|