Unibank Premyer Liqasının 32-ci turunda "Xəzər Lənkəran" doğma azarkeşləri önündə qələbə qazanaraq Avropa Liqasına vəsiqə qazandı - 4:1. Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “İlk növbədə
Yunis Hüseynovu qələbə münasibətilə təbrik edirəm. Avropa Liqasına vəsiqə
qazandılar. Hər iki komanda üçün bu oyun çox böyük önəm kəsb edirdi. Xırda səhvlərdən
ard-arda qollar buraxdıq. Bu gün rəqibimizin oyunu alındı, bizimki isə alınmadı.
Yunis Hüseynov, “Xəzər Lənkəran”
klubunun baş məşqçisi: “Qalib gəlib Avropa Liqasına vəsiqə qazandığımız
üçün çox sevinirəm, komandaya gözəl oyuna görə təşəkkürümü bildirirəm. Lakin digər
tərəfdən də “Qarabağ” kimi komandanın avrokuboklardan kənarda qalmasına üzülürəm.
Məğlub olsaydıq biz Avropa Liqasına qatıla bilməyəcəkdik. Buna görə də Qurban
Qurbanovu yaxşı başa düşürəm”.
|