Peşəkar Futbol Liqası 2015/2016 mövsümü üçün akkreditasiya qeydiyyatı elan edir. Növbəti mövsüm üçün akkreditasiya qeydiyyatına bu gündən start verilir. Qeydiyyat üçün ad soyadınızı, təmsil etdiyiniz KİV-in adını, 1 ədəd şəklinizi və hazırda çalışdığınız mətbu orqan tərəfindən verilən vəsiqənin surətini [email protected] ünvanına göndərməyiniz xahiş olunur. İlkin qeydiyyat müddəti iyulun 31-də başa çatacaq.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.