14.05.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Misli Premyer Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək

Slide 1

Misli Premyer Liqasında son turun oyun cədvəli

Slide 1

Peşəkar Futbol Liqasının məlumatı

Slide 1

Misli Premyer Liqasının XXXV turu rəqəmlərin gözü ilə

Slide 1

“Neftçi” üçün ilk, tarixdə 7-ci

Slide 1

“Qarabağ” klub rekordunu təkrarlayıb

Slide 1

"Sumqayıt" 2-1 "Səbail" - Videoicmal

   Ramin Musayev: "Bizi qarşıda böyük imtahan gözləyir" - Fotolar      2015-07-21

Xəbər verdiyimiz kimi, bu gün Premyer Liqanın 2015-2016 mövsümünün püşkatma mərasimi keçirildi. AFFA-nın inzibati binasında reallaşan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Premyer Liqada iştirak edəcək klubların nümayəndələri və jurnalistlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev iştirakçıları salamladıqdan və çempionatın formatı ilə bağlı məlumat verdikdən sonra jurnalistləri 22 iyul Milli Mətbuat günü münasibəti ilə təbrik etdi.
Mərasim zamanı PFL prezidenti Ramin Musayev  bir sıra məsələlərə aydınlıq gətirdi: “Hər birinizi salamlayıram. İlk növbədə jurnalistlərimizi Milli Mətbuat günü, klub nümayəndələrini isə yeni mövsüm münasibəti ilə təbrik edirəm. Hazırda klublarımız avrokuboklarda çıxış edirlər. Deyərdim ki, komandalar bizi sevindirir. Çempionatın reqlamenti ilə bağlı dəyişiklik yoxdur. 10 komandanın iştirakı ilə 4 dövrəli çempionat keçirəcəyik. Son vaxtlar edilən transferlər onu göstərir ki, komandaların yerli oyunçulara təlabatı artıb. Qarşıda bizi milli komanda səviyyəsində böyük imtahan gözləyir. Milli komandaya çox sayda oyunçu vermək istəyiriksə, yerli oyunçulara diqqət ayırmalıyıq".

Ramin Musayev AFFA və PFL tərəfindən  elan olunmuş teleyayım hüququ ilə bağlı tendərə münasibət bildirdi: "Bildiyiniz kimi, Premyer Liqada 10 komanda çıxış edəcək. Biz yayım hüququna görə ən azı 1 milyon istəmişik ki, gələn pulu onlar arasında eyni qaydada  bölək. Ümid edirik ki, hər şey yaxşı olacaq".

PFL prezidenti "Rəvan"ın Premyer Liqaya qayıdışı ilə bağlı belə danışdı: "Fors major” deyilən bir anlayış var. Bir komanda müraciət edib maddi durumunun yaxşı olmadığını deyir. Sözsüz ki, 9 komandalı çempionat ürəyimizdən olmazdı. Sağ olsun "Rəvan" rəhbərliyi bizim təklifimizi qəbul etdi. Onlar sentyabrın sonuna qədər lisenziya məsələsini həll edəcəklər. "Simurq" məsələsinə gəldikdə isə bu komanda çempionata həmişə rəng qatıb. Vəziyyət elə gətirdi ki, problemlər meydana gəldi. Sözsüz, "Simurq" üçün can yandıran tamaşaçıları başa düşürəm. Mən özümü kənar tutmuram. "Simurq"un Premyer Liqada oynamasını mən də onlar qədər istəyirdim. Ümid edirik ki, "Simurq" I Divizionda çıxış edəcək. Həyatda hər şey mümkündür. Elə böyük komandalar var ki, gözlənilməz şəkildə aşağı dəstəyə yuvarlanırlar. AFFA və PFL rəhbərliyi  "Simurq"un Premyer Liqada oynaması üçün görüşdü. Amma ümumi hesablamalardan sonra bu iş alınmadı. Biz Premyer Liqada oynamaq üçün sadəcə "Rəvan"a müraciət etdik. Onlar bizə sadəcə göstərilən etimada görə təşəkkür etdilər. Öz adımdan onlara təşəkkür edirəm".

Ramin Musayev ötən mövsüm maddi problemləri olan "İnter"in hazırkı durumuna da aydınlıq gətirdi: "İnter hazırda gözəl oyun nümayiş etdirir. Bu komandanın növbəti mövsümdə heç bir problemi olmayacaq". 

   Turnir cədvəli
1 Qarabağ 34 79
2 Sumqayıt 34 54
3 Neftçi 34 53
4 Zirə 34 52
5 Sabah 34 52
6 Turan Tovuz 34 45
7 Səbail 34 42
8 Kəpəz 34 35
9 Araz-Naxçıvan 34 35
10 Qəbələ 34 23
Ətraflı
1 Qaradağ Lökbatan 25 53
2 Şamaxı 25 51
3 İmişli 25 47
4 MOİK 25 45
5 Karvan 25 38
6 Zaqatala 25 27
7 İrəvan 25 27
8 Mingəçevir 25 26
9 Difai Ağsu 25 21
10 Araz Saatlı 25 10
Ətraflı
Xəbər arxivi
« May 2024 »
1 2 3 4 5 6 7
2930 01 02 03 04 05
06 07 08 09 10 11 12
1314 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 310102
03040506070809
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: