26.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Araz Saatlı" 2-4 "Karvan" - Videoicmal

Slide 1

"İmişli" 2-1 "Zaqatala" - Videoicmal

Slide 1

"Qaradağ Lökbatan" 1-1 MOİK - Videoicmal

Slide 1

"Qaradağ Lökbatan" - MOİK canlı yayım

Slide 1

"İmişli" - "Zaqatala" canlı yayım

Slide 1

"Araz Saatlı" - "Karvan" canlı yayım

Slide 1

I Liqa: XXIII turun təyinatları

   Tarix(çilər)in izi ilə - Yazı+Videoicmal      2015-06-08

Ağlım kəsəndən, adətən, özümdən böyüklərlə oturub-durmaq həvəsində olmuşam. Oyunlar, uşaqlıq çılğınlığı,  nə bilim uşaqlığı doyunca yaşamağa nə həvəsim olub, nə də imkanım.

Odur ki, həmişə böyüklərin məclisində oturmuşam, öz düşüncələrimi paylaşmışam. 2006-cı ildə futbol sahəsinə gələndən bəri (onsuz da futboldan başqa sahəm olmayıb) mənim üçün ən maraqlı futbol hissələrindən biri də veteranlar olub. Onlarla danışmaq, keçmişi varaqlamaq, onlarla futbol oynamaq mənim üçün həmişə bəlkə də ilk sırada gələn işlərdəndir.
Hələ “Çempion” qəzetində çalışanda veteranlardan silsilə yazılar hazırlayır, köhnə “Neftçibaza”nı öz evim  hesab edirdim. İndi də elədir... Anar Xanlarovun təbiri ilə desək, Elgizi itirsəniz, “Neftçibaza”da tapa bilərsiniz... Söhbət köhnə “Neftçibaza”dan gedir...

.... 19 il öncə finalda görüşən veteranları bir araya gətirib, “Qəbələ”də oyun keçirmək təşəbbüsü gündəmə gələndə Aslan Şahgəldiyevin “bu işi Zamiq Hüseynovla Elgiz Abbasova tapşıraq” deməsi ürəyimdən hay verdi. Zamiqlə mən bu işə tam ürəyimizi qoyduq. Tez bir zamanda xüsusi formalar Azərbaycana gətirildi, hətta formalara adlar və nömrələr yazıldı. Sözsüz ki, formaların gətirilməsinə qədər olan müddətdə o qədər işlər görülmüşdü ki...
Abbas dayının arxivindən tutmuş digər toz basmış sənədləri araşdırıb tapmaq, finalda çıxış edən, indi bəlkə də heç bir klubun yadına düşməyən futbolçuları axtarıb tapmaq , onların Qəbələ səfərini təşkil etmək indi sadəcə xronologiya kimi görünür...

.... Biz  Almaniyadan Maradona və moruq ləqəbi ilə daha çox tanınan İlham Məmmədovu, öz dövrünün ən güclü fiziki hazırlığa malik oyunçusu Rasim Abışovu Rusiyadan tapdıq, yenicə azadlığa çıxmış Mehman Alışanovu cəmiyyətə qaytarmaq üçün bu oyuna vasitə kimi baxdıq...
... Açığı, çox təəccüblənmişdilər. Hətta elə bir oyunçu oldu ki, dəvətimizə “zarafat edirsiniz?” İnanmıram ki, belə bir şey olsun, kimdi bizi yada salan?” kinayələri  və narazılıq süzülən kəlmələri ilə cavab verdi...

Hətta elə bir  veteran vardı ki, avtobusa minənə qədər inanmırdı buna... Lakin Qəbələdə meydançaya çıxdıqdan sonra anladı ki, tarix və onu yazanlar unudulmur.. Unutmayanlar isə məhz əziyyətə qiymət qoyanlardır...

... Bəli, tarix 2 iyun, saatlar isə 08.30 dəqiqəni göstərəndə veteranların gözündəki sevinci, qucaqlaşmalarını, gözlərin dolmasını görməyə dəyərdi... Edilən zarafatlar, Vidadi Rzayevin İlham Məmmədovu “moruğa çevirmək” həngaməsi, Rasim Abışovun zədəli olduğu halda imtahandan “5” alması, Vidoşun səfər həngamələri, Yaşar Vahabzadənin təəssüratları  köhnə kaseti videoya taxıb o vaxtkı toylara baxmaq kimi bir şey idi. Tozlu, dumanlı xatirələr, həmin xatirələrdə ön plana çıxan adlar, unudulan epizodik şəxslər, unudulmaz oyunlar bizim Qəbələ səfərimizə işıq saçırdı...

... Rasim Abışovla söhbət məni ən çox qürurlandıran və kədərləndirən məqamlardan biri oldu. Abışov öz dövrünün ən yaxşı oyunçularından olub və hazırda Stavropol şəhərində uşaq komandasında çalışır. Bu adam Azərbaycandan əlini elə üzmüşdü ki, hətta 2014-cü ildə bitən xarici pasportunun (Rusiya vətəndaşıdır) vaxtını artırmamışdı. Biz Abışova zəng elədik, nitqi qurudu... Özünün dediyinə görə gecəni yatmayıb və səhər tezdən klubun bazasına yollanıb ki, məni Azərbaycana dəvət ediblər, biletimi alıb, filan qədər xərc çəkirlər.  Klubun cavabı isə belə olub ki, PFL bizim işçi üçün bu fədəkarlığı edirsə, biz də Azərbaycan üçün fədakarlıq edib sənin pasportunu 3 günə alacağıq... Rasim Abışov bunu nəql edəndən sonra mənə müraciətdə dedi ki, oyunun diskini mənə göndərdin . Balalarıma göstərəcəyəm ki, Azərbaycanda mənə necə hörmət edirlər.. Bu sözləri deyib dolumsunmuşdu ki, İlham Məmmədovun əli onun çiyninə qondu və söhbət Maradonanın Almaniya sərgüzəştləri ilə davam etdi...

Məmmədov şirin söhbət əsnasında bildirdi ki, 20 illik futbol karyerası dövründə belə bir təşkilatçılıq görməyib.

.... Mən bir daha əmin oldum ki, o vaxtkı kolletivlər indikindən çox çox yaxşı olub. İnternetin, komputer və digər cihazların olmadığı bir vaxtda veteranlar arasında daha çox canlı ünsiyyət olub ki, bu qədər maraqlı əhvalatlar meydana çıxıb. Xüsusən də “Qarabağ” veteranları arasında sanki bir ailə bağları vardı. Yaşar Hüseynovla Camaləddin Əliyevin başına yığışanlar  bir qabdan yemək yediklərini danışanda insan özü də həmin kollektivin üzvü olmaq üçün özünü yaxına verir.
Eləcə də Vidadi Rzayevlə Yaşar Vahabzadənin söhbətləri insanda ovaxtkı “Neftçi” barədə fikir formalaşdırır.

.... Əlbəttə,  nə vaxtsa həmin veteranlar arasında müəyyən intriqalar olub. Bəlkə də heyətə düşmək uğrunda mübarizələr meydana gəlib, mübahisələr yaranıb. Amma illər öncə olan həmin qarşıdurmalar Qəbələdə gülüşlə yada salınırdı. Məskunlaşdığımız otelin lobisində az qala səhərə qədər söhbət gedirdi, keçmiş yada salınırdı... Uğurlu gələcək ümidi ilə...

... Sözsüz, səfərin əsas məqsədi 19 il geriyə qayıtmaq, oyun təşkil etmək idi. Bunu hamımız birgə bacardıq. Lakin  oyun bu cür böyük qarşılaşmanın sadəcə bir hissəsi, epizodu kimidir. Həmin səfərdə o qədər yaddaqalan məqamlar oldu ki, 19 il sonra da xatırlanacaq...
Əsas məsələ odur ki, illər keçdikdən sonra xatırlanasan. Unudulmaq və unutmaq ən böyük dərddir. Tarix yazanları unutmayaq ki tarixlər yazılsın...

Sevgilərlə ELGİZ ABBASOV

 

 

   Turnir cədvəli
1 Qarabağ 31 73
2 Zirə 31 49
3 Sumqayıt 31 47
4 Neftçi 31 47
5 Sabah 31 46
6 Səbail 31 42
7 Turan Tovuz 31 42
8 Araz-Naxçıvan 31 32
9 Kəpəz 31 31
10 Qəbələ 31 17
Ətraflı
1 Qaradağ Lökbatan 23 49
2 İmişli 23 46
3 Şamaxı 22 42
4 MOİK 23 42
5 Karvan 23 35
6 Zaqatala 23 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 23 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 2526 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: