Unibank Premyer Liqasının XXXI turunda "Sumqayıt" doğma azarkeşləri önündə AZAL-ı minimal hesabla məğlub edib.
Bernhard
Raab,
“Sumqayıt” klubunun baş məşqçisi: “Bu gün qələbə qazanmaq bizim
üçün çox böyük önəm kəsb edirdi. Qələbə münasibətilə futbolçularımı təbrik edirəm.
Futbolçularımdan razı qaldım. Mövsümün son oyununda da komandamdan qələbə və
gözəl oyun gözləyirəm”.
Vaqif Sadıxov, AZAL klubunun baş məşqçisi: “Bu gün gözəl oyunun şahidi
olduq. “Sumqayıt” həmişə oyunun sonuna kimi mübarizə aparan komandadır. Bu gün
bir daha bunun şahidi olduq. İkinci hissənin əvvəllərindən bəlli oldu ki, ilk
qolu kim vuracaqsa, qələbəni də həmin komanda qazanacaq. Bunu da “Sumqayıt”
bacardı”.
|