Unibank
Premyer Liqasının 31-ci turunda Zaqatalaya səfər edən “Rəvan” yerli “Simurq”la
oyunda bir xal qazandı – 1:1.
Bəhmən
Həsənov, “Rəvan” klubunun baş məşqçisi: “Nəticə oyuna görə oldu. Ancaq, fikrimcə,
bizim qapımıza penalti təyin olunan epizodda qarşı tərəfə cərimə zərbəsi verilməli
idi”.
Giorgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Təhlükəli hücumlar yaratdıq, qol
vurduq. Yağışın yağması oyunda intriqa yaratdı. Oyunun sonlarında penalti vura
bilmədik, lakin komandanın oyunundan razıyam”.
|