Unibank Premyer Liqasının XXXI turunda doğma azarkeşləri önündə "Neftçi"ni qəbul edən "Bakı" qələbə qazanıb - 2:0.
Novruz
Əzimov, “Bakı” klubunun məşqçisi: “Heyətimizdə
bəzi itkilər var idi. Komandamın ilk hissədəki oyunundan razı qalmadım. İkinci
hissədə isə daha yaxşı oyun nümayiş etdirdik. Kubokun finalındakı oyuna
hazırlaşacağıq”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş
məşqçisi: “Bakı”nı möhtəşəm qələbə
münasibətilə təbrik edirəm. Hər iki komanda meydana gənc futbolçularla
çıxmışdı. Kubokdan öncə məğlub olmağımız bizə sərf edir. Çünki, kubokun
finalında “Bakı”nı məğlub etmək üçün daha əzmli mübarizə aparacağıq. Növbəti
turda da “Bakı”ya uğurlar arzulayıram.
|