Unibank Premyer Liqasının 2011/2012-ci il mövsümünün sonuna bir tur qalsa da, ölkəmizi Avrokuboklarda təmsil edəcək yalnız iki komanda məlumdur. Ötən tur çempionluğunu rəsmiləşdirən "Neftçi" Azərbaycan kubokunun finalında "Bakı" ilə qarşılaşacağından paytaxtın eyniadlı komandası kubokun finalçısı kimi Avropa Liqasında iştirak etmək hüququ qazanıb. Digər iki komandanın taleyinə isə son tura aydınlıq gələcək. Komandaların topladığı xallar eyni olarsa turnir cədvəlindəki mövqeləri aşağıdakı qaydada müəyyən olunacaq: Sonrakı yerləri
müəyyənləşdirərkən iki və daha çox komandanın topladığı xallar bərabər olarsa (təsnifat mərhələsinin və final mərhələsindəki matçların nəticələri nəzərə
alınır) üstünlük komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə görə (top
fərqi) verilsin. Bu göstərici də bərabər olarsa, komandaya aşağıdakı nəticələrə
uyğun daha yüksək yerlər müəyyənləşdirilsin:
a) Ən çox qələbə
qazanmış komandaya;
b) Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
c) Bütün görüşlərdə vurulmuş topların sayına görə;
d) Ən az qayda pozuntusuna görə (xəbərdarlıq – 1 bal, kənarlaşdırılma – 3 bal)
“Xəzər Lənkəran”,
“Qarabağ” və “İnter” komandaları
arasında keçirilmiş oyunların nəticələrini təqdim edirik:
II tur
“Qarabağ” 1-0 “İnter”
XIII tur
“İnter” 0-0 “Qarabağ”
XXVII tur
“İnter” 1-1 “Qarabağ”
XXXI tur
“Qarabağ” 1-0 “İnter”
____________________________________________________
VI tur
“Qarabağ” 0-1 “Xəzər Lənkəran”
XVI tur
“Xəzər Lənkəran” 0-0 “Qarabağ”
XXIII
“Qarabağ” 1-0 “Xəzər Lənkəran”
XXXII tur
“Xəzər Lənkəran” – “Qarabağ” (11.05.2012)
____________________________________________________
VIII tur
“İnter” 1-0 “Xəzər Lənkəran”
XV tur
“Xəzər Lənkəran”
0-1 “İnter”
XXVI tur
“Xəzər Lənkəran”
2-0 “İnter”
XXX tur
“İnter”
0-0 “Xəzər Lənkəran”
|