Unibank
Premyer Liqasının 31-ci turunda “Qarabağ” doğma meydanda “İnter”i 1:0 hesabı ilə
məğlub etdi.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “”Qarabağ”ı qələbə münasibəti ilə təbrik
edirəm. Yaxşı oyun oldu, ilk hissədə rəqibə sürətdə uduzurduq. İkinci hissədə
isə daha yaxşı oynadıq. Qol epizodunda müdafiəçilərimiz böyük səhvə yol verdi.
Qarşıda “Bakı” ilə oyunumuz var, bu oyuna hazırlaşacağıq”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Təbrikə görə minnətdaram.
Futbolçularıma oyuna görə təşəkkür edirəm. Həm hücumda, həm də müdafiədə çox
inamlı oyun göstərdilər. Avroliqaya getmək üçün şansımız var, qarşıdakı oyuna
hazırlaşacağıq”.
|