Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – AZAL oyununda qapılara qol vurulmadı. Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Qrafik sıxdır. Ona görə də bu gün bəzi futbolçuları oyunun gedişində meydançaya buraxdıq. İlk oyunda heç-heçəyə baxmayaraq, növbəti matça ümidlə baxıram. Bəzi imkanlardan istifadə edə bilmədik. Ümumilikdə komandadan razıyam. Qarşıdakı oyuna hazırlaşmalıyıq. Kubok matçlarında hər şey cavab oyununda həll olunur”. Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Futbolçulara tapşırmışdım ki, mümkün qədər qol vurmaq lazımdı. Bilirdim ki, gözəl oyun olmayacaq. Odur ki, futbolçulardan sırf nəticə tələb etmişdim. Düzdür, qol vura bilmədik. Amma komandanın oyunundan razı qaldım. Hücumda müəyyən çətinliklərimiz oldu. Çalışacağıq ki, bu problemləri aradan qaldıraq. Düzdür, mən 1 həftə Bakıda olmamışam. Buna rəğmən, komanda proqram əsasında çalışıb. Mən olmadığım müddətdə görülən işdən razı qalmışam. Hər hansı bir nöqsan yoxdur”.
|