Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyununda “Qarabağ” “Bakı”nı 3-0 hesabı ilə məğlub edərək, mərhələnin taleyini həll etdi. İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): "Birinci hissədə bir qədər həyəcanlı görsənirdik. Təşvişə düşdük və qollar buraxdıq. İkinci hissədə isə toparlanıb, daha cəsarətli oynadıq, öz oyunumuzu tapdıq. "Qarabağ" çox güclü komandadır. Azərbaycanın qürurudur. Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlindən gələni etdilər”.
Qurban qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Azarkeşlər üçün hardasa maraqlı oyun alındı. Çox qollar gördük. Komandamı təbrik edirəm. Qarşıda hələ ikinci oyunumuz da var. Qrafik çox sıxdı. Oyunçularda istər istəməz yorğunluq hiss olunur. Biz çalışırıq hazırlığımızı yüksək səviyyədə saxlayaq. İbrahim Uzunca ilə oyundan sonra söhbət etdik. Bu vəziyyətdə oynamaq, çalışmaq çox çətindi. Amma buna baxmayaraq, həm məşqçi, həm gənc oyunçuları ürəklə işləyirlər. "Bakı"ya uğurlar arzulayıram".
|