Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Mübarizəni davam etdirəcək 4 cütdən üçü əvvəlki mövsümlərdə də münasibətlərini aydınlaşdırıb. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansını təqdim edir.
1/4 final mərhələsi İlk oyunlar
4 mart
11. "Neftçi" – AZAL – indiyədək görüşməyiblər
12. "İnter" - "Xəzər Lənkəran" – 8 oyun, +2=3-3, top fərqi 8:10
6-cı dəfə kubokda yolları kəsişən komandalar 5 dueldə 8 matça çıxıb. Bunlardan ikisi finala təsadüf edib. Kiçik üstünlüyə malik “Xəzər Lənkəran” bu görüşlərin hamısında qol sevinci yaşayıb. Amma “İnter” son 3 oyunda rəqibinə uduzmayıb.
2004/05
|
1/2 final
|
İnter (Bakı) - Xəzər-Lənkəran
|
2:1, 1:1
|
2006/07
|
1/2 final
|
İnter (Bakı) - Xəzər-Lənkəran
|
0:1, 0:1
|
2007/08
|
final
|
Xəzər-Lənkəran - İnter (Bakı)
|
2:0
|
2010/11
|
final
|
Xəzər Lənkəran - İnter (Bakı)
|
1:1, pen. 4:2
|
2011/12
|
1/4 final
|
İnter (Bakı) - Xəzər Lənkəran
|
3:2, 1:1
|
13. "Qarabağ" - "Bakı" – 8 oyun, +5=2-1, top fərqi 10:5 Əvvəlki 4 dueldən yalnız birində mərhələ adlayan “Bakı” cəmi 1 matçda qələbə qazanıb. Böyük üstünlüyə malik “Qarabağ” son 3 ev oyununda qol buraxıb.
1997/98
|
1/4 final
|
Dinamo (Bakı) - Qarabağ (Ağdam)
|
0:0, 0:2
|
2005/06
|
1/4 final
|
Qarabağ (Ağdam) - Bakı
|
3:2, 0:0
|
2008/09
|
1/2 final
|
Bakı - Qarabağ (Ağdam)
|
1:2, 1:2
|
2011/12
|
1/2 final
|
Bakı - Qarabağ (Ağdam)
|
0:1, 1:0, p.5:4
|
14. "Qəbələ" - "Simurq" – 2 oyun, +1=0-1, top fərqi 2:2
Kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar 8 ildən sonra üz-üzə gələcək. Hər iki klubun öz meydanında qalib gəldiyi əvvəlki duelin taleyini səfər qolu həll edib. Nəticədə hər iki görüşdə qol vuran “Qəbələ” mərhələ adlayıb.
2007/08
|
1/8 final
|
Qəbələ - Simurq (Zaqatala)
|
1:0, 1:2
|
|