Bu gün Xocalı faciəsindən 23 il ötür. 1992-ci ilin məhz bu günü Ermənistan silahlı qüvvələri tərəfindən dünyanın ən böyük qətilamlarından biri törədilib. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Peşəkar Futbol Liqasının kollektivi Xocalı soyqırımı ilə əlaqədar olaraq, Azərbaycan xalqına başsağlığı verir, ölənlərə Allahdan rəhmət diləyir!
|