Unibank Premyer
Liqasında geridə qalan XXX tur ərzində 180 qarşılaşma keçirilib. Cəmi dörd
futbolçu cari mövsümün bütün oyunlarında meydana çıxa bilib. Ard-arda iki dəfə “Neftçi”də
çempionluq yaşayan Slavço Georgiyevski heç bir qarşılaşmada komandasını tək
buraxmayıb. “Neftçi”nin yarımmüdafiə xəttinin əsas oyunçularından olan Slavço
Georgiyevskinin qazanılan çempionluqda, sözsüz ki, böyük payı var.
“Qarabağ”ın heyətində Admir Teli
cari mövsümdə Qurban Qurbanovun ən çox etimadını qazanan futbolçudur. Ağdam təmsilçisinin
müdafiə xəttinin əsas futbolçularından olan Admir Teli 30 qarşılaşmada əvəzolanmadan
qarşılaşmaları başa vurub. Qeyd edək ki, Albaniyalı futbolçu cari mövsümdə
Unibank Premyer Liqasında əvəz olunmayan yeganə futbolçudur.
Turnir cədvəlinin
sonuncusu “Sumqayıt”ın yarımmüdafiəçisi Kamil Nurəhmədov da bütün qarşılaşmalarda
komandasına yardım edib. Nurəhmədov, cari mövsümdə keçirdiyi 30 qarşılaşmada 4
qol vurub.
“Kəpəz”in ukraynalı
hücumçusu Yuri Fomenko komandasının heyətin ən çox oyun keçirən futbolçudur.
Fomenko, həmçinin, vurduğu 11 qolla Bohadir Nasimovdan sonra Unibank Premyer
Liqasının ən sərrast futbolçusudur.
Cari mövsümdə meydanda ən çox qalan futbolçu isə Admir Telidir – 2700 dəqiqə. Admir
Telinin ən yaxın izləyiciləri Rahid Əmirquliyev (2610 d.), Yuri Fomenko (2599 d.),
Luiz Paulo Hilario
(2569 d.), Eder Bonfimdir (2555 d.).
|