Bakının “Neftçi” klubu
Unibank Premyer Liqasının çempionu adını qazanıb. Çempionatın sonuna 2 tur
qalmış ən yazın izləyicisini 8 xal qabaqlayan paytaxt təmsilçisi tarixində 7-ci
dəfə ölkə çempionu titulunu əldə edib. Bununla da “Neftçi” özünün Azərbaycan
rekordunu yeniləyib. Belə ki, digər komandalardan heç biri bu qədər çempion
olmayıb. “Kəpəz” 3, “Şəmkir”, “İnter” və “Bakı” hərəyə 2, “Qarabağ”, “Turan” və
“Xəzər Lənkəran” hərəyə 1 dəfə qızıl medalların sahibi olub.
“Neftçi” həm də 5 illik
ənənəyə son qoydu. Belə ki, 200506 mövsümündən başlayaraq hər il çempion dəyişirdisə,
bakılılar ardıcıl 2-ci dəfə çempionluq tituluna sahib oldu. Bunadək də titulunu
növbəti mövsüm qoruyan son komanda “Neftçi” olmuşdu. O vaxt paytaxt təmsilçisi
2003/04 və 2004/05 mövsümlərini qazanmışdı. Ümumilikdə isə “Neftçi” 3, “Kəpəz”
və “Şəmkir”in hərəyə 1 dəfə ardıcıl çempionluqları var.
Azərbaycan futbolu
tarixində heç bir klub ardıcıl 3 dəfə çempion olmayıb.
mövsüm çempion
1992 “Neftçi” Bakı 1993 “Qarabağ” Ağdam 1993/94 “Turan” Tovuz 1994/95 “Kəpəz” Gəncə 1995/96 “Neftçi” Bakı 1996/97 “Neftçi” Bakı 1997/98 “Kəpəz” Gəncə 1998/99 “Kəpəz” Gəncə 1999/2000 “Şəmkir” 2000/01 “Şəmkir” 2001/02 Yarımçıq dayandırılıb 2003/04 “Neftçi” Bakı 2004/05 “Neftçi” Bakı 2005/06 “Bakı” 2006/07 “Xəzər Lənkəran” 2007/08 “İnter” Bakı 2008/09 “Bakı” 2009/10 “İnter” Bakı 2010/11 “Neftçi” Bakı 2011/12 “Neftçi” Bakı
|