Avrokuboklarda 2 təmsilçimiz müəyyənləşdi 2012-04-30 |
|
Azərbaycanda 2011/12 mövsümünün sonuna Unibank Premyer Liqasının 2 turu və Azərbaycan kubokunun final matçı qalsa da 2012/13 mövsümündə avrokuboklarda ölkəmizi təmsil edəcək 4 komandadan 2-si müəyyənləşib. Belə ki, “Neftçi” və “Bakı” klubları qarşıdakı oyunların nəticələrindən asılı olmayaraq qitə kuboklarında çıxış edəcək. Tarixində 7-ci dəfə Azərbaycan çempionu olan “Neftçi” Unibank Premyer Liqasının sonuna 2 tur qalmış qızıl medalları təmin edib. Bu isə komandanın Çempionlar Liqasına vəsiqə qazanması üçün kifayət edib. Bakılılar yarışın II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. “Neftçi”nin çempion olması “Bakı”nın da işinə yarayıb. “Ağ-qaralar” çempion olduğundan Azərbaycan kubokunun finalındakı rəqibi “Bakı” Avropa Liqasına vəsiqə qazanıb. Onlar hətta finalda məğlub olsa belə çempiona uduzduğu üçün avrokuboklarda iştirak edəcək.
|
|
|
|
|
|