Unibank
Premyer Liqasının 30-cu turunda paytaxtda qarşılaşan “İnter” və “Xəzər Lənkəran”
komandaları meydanı “sülh”lə tərk edib – 0:0.
Yunis
Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Gərgin oyun oldu, hər iki
komandanın futbolçularına göstərdikləri oyuna görə təşəkkür edirəm. Bərabər səviyyəli
oyun oldu. Fərqlənmək üçün imkanlarımız var idi, lakin istifadə edə bilmədik.
Fikrimcə, hesab oyuna görədir. Qarşıdakı oyunlarda qalib gəlməliyik”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Qol görməsək də, maraqlı oyun oldu. Futbolçulara
mövsüm sonunda bu cür hərəkətli və mübarizə dolu oyun göstərdikləri üçün təşəkkür
etmək lazımdır. Hər oyun bizim üçün finaldır. Qarşıda iki çətin oyunumuz var. Bu
oyunlarda maksimum səy göstərib Avroliqaya düşməyə çalışacağıq”.
|