Paytaxtın "Neftçi" klubu cari mövsümdə Unibank Premyer Liqasının çempionu olmuşdur. 30-cu turun oyunları çərçivəsində doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edən "Neftçi" ən yaxın izləyiciləri "İnter" və "Xəzər Lənkəran"ın qolsuz heç-heçə etməsi ilə (0:0) rəqibləri üçün əlçatmaz olub.
Qeyd edək ki, "Neftçi" ötən mövsümdə də Unibank Premyer Liqasının qızıl medallarını qazanmışdı.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.