Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər hazırlığın son günündə 4 oyun idarə edəcəklər. Peşəkar Futbol Liqasının rəsmi saytı həmin oyunların siyahısını və təyinatları təqdim edir. 26 yanvar "Spartak" (M) - "Hamburq" Hakimlər: Qorxmaz Eldarov, Rza Məmmədov, Coşqun Həsənov "Terek" - "Split" Hakimlər: Fariz Yusifov, Nahid Hüseynov, Kamran Bayramov Sinqapur (U-23) - "Hamburq" (U-23) Hakimlər: Emin Nağıbəyov, Yaşar Abbasov, Mübariz Haşımov Ukrayna (U-21) - İran (U-21) Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Rəvan Həmzəzadə
|