Topaz Premyer Liqasının 18-ci turunda “Xəzər Lənkəran” AZAL-ı qəbul etdi. Oyun 1-1 hesabı ilə yekunlaşdı. Oğuz Çətin (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Oyunu qalib bitirməli idik. Düzdür, heyətdə problemlər var. Bütün bunlara baxmayaraq, qələbə qazanmalı idik. Düzdür, futbolçularım mübarizə apardılar, qol vurdular. Lakin bu gün keyfiyyət baxımından problem yaşadıq. Ümumi nəticə qazanmaq üçün mübarizə aparmaq lazımdır. Bugünə qədər həyata keçirdiyimiz işlər sayəsində yaxşı futbol sərgiləyirik. Amma futbolda fərdi xətalar var. Buna rəğmən, yaxşı bir komandaya sahibik. Ümid edirəm ki, mərkəz müdafiəçisi və hücumçu gətirməklə daha yaxşı işlər görə bilərik”.
|