Peşəkar Futbol Liqası və Topazın təşəbbüsü ilə jurnalistlər üçün Premyer Liqanın bölgədə keçiriləcək oyunlarını işıqlandırmaq imkanı yaradılıb. Belə ki, Topaz Premyer Liqasının XVIII turunda reallaşacaq “Qəbələ” – “İnter” (21.12.2014, saat 15:00) oyununa jurnalistlərin səfəri təşkil olunacaq. Oyundan sonra “Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçukun təqdimat mərasimi keçiriləcək. Qəbələ şəhərinə yollanacaq jurnalistlər bununla bağlı [email protected] ünvanına müraciət edə bilərlər. Jurnalistlərin sayına uyğun olaraq, nəqliyyat vasitəsi ayrılacaq. Avtobus bir günlük səfər üçün saat 8:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək. Qeydiyyat müddəti 20 dekabr saat 16:00-da başa çatacaq.
|