Topaz Premyer Liqasının 17-ci turunda “Neftçi” “İnter”ə 1-2 hesabı ilə məğlub oldu. Həmin oyundan sonra komandanın baş məşqçisi Arif Əsədov düşüncələrini paylaşıb. Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “İki fərqli hissə izlədik. Komanda ilk hissədə tapşırıqları yerinə yetirdi, istədiyimiz qolu vurdu. İkinci hissədə isə tapşırıqlar yerinə yetirilmədi. Səbəblər var. Heyətdə problemlər mövcuddur. Bəzi oyunçular öz mövqeyində oynamırdı ki, bu da məcburiyyətdən atılan addım idi. Çatışmazlıqlar nəticəyə təsir etdi. Məğlubiyyətə baxmayaraq, irəli baxırıq. Ola bilər ki, komanda ikinci hissəyə arxayın çıxmışdı”.
|