Aqil Məmmədov: “Bu heç-heçəni qələbəmiz kimi görürəm” 2014-12-18
Topaz Premyer Liqasının XVII turunda “Sumqayıt” “Qəbələ”ni qəbul etdi. Oyun 1-1 hesabı ilə yekunlaşdı.
Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Oyuna görə öz komandama təşəkkür edirəm. Futbolçular bütün göstərişləri yerinə yetirdilər. Bu heç-heçəni qələbəmiz kimi görürəm. Futbolçulara, azarkeşlərə təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, “Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik, itirdik”.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.