Unibank Premyer Liqasının 18-ci turundan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış “İnter” komandası yanvarın 9-da “Şəfa” stadionunda toplaşacaq. Komandanın Bakıda keçiriləcək təlim-məşq toplanışı 9-14 yanvar tarixlərini əhatə edəcək. Daha sonra Türkiyəyə yollanacaq paytaxt təmsilçisi fevralın 5-dək davam edəcək hazırlıq dövründə bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Qeyd edək ki, “İnter”in yoxlama oyunlarındakı rəqibləri, hələ ki, müəyyənləşməyib.
|