Bu gün Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunları çərçivəsində doğma azarkeşləri önündə "İnter"i qəbul edən "Neftçi" rəqibi üzərində minimal hesablı qələbə qazanıb. Bununla da "Neftçi" 8 illik fasilədən sonra Azərbaycan kubokunun finalına yüksəlib.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Rəqibi qələbə münasibətilə təbrik edirəm. Futbolçularım rəqibə yalnız fərdi ustalıqda uduzurdular. Meydanın mərkəzindəki ötürmələrdə uşaq səhvləri
edirdik. Öz üzərimizdə işləməliyik. Növbəti
oyunlara kimi bu problemi təhlil edib aradan qaldırmalıyıq. Məğlub
olduğumuza görə məyusam, istədiyimizə nail olmamışıq. Bu gün futbolçularımız əziyyət
çəksə də, son nöqtəni qoya bilmədik. Bundan sonra çempionat oyunlarında uğurlu
nəticə göstərib Avroliqaya düşməyə çalışacağıq”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Müəyyən səbəblərdən əsas heyətin 4-5 futbolçusu
bu gün oynamırdı. Hakimliyə görə Fariz
Yusifova minnətdarlığımı bildirirəm. Oyunun nəticəsindən razı qaldım. Mən bir
daha rəqibimiz “İnter”in güclü komanda olduğunu bildirirəm. Taktiki gedişləri
yaxşı olan bir klubdur. Rəqibimiz inamlı mübarizə apardı.
Bu mövsüm “qızıl dubl” etmək istəyirik. Bu yolda komandama uğurlar
arzulayıram”.
|