İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərar
qəbul olunub: “Xəzər Lənkəran” klubu Apellyasiya və Ekspert Komitəsinə
müraciət edərək, Topaz Premyer Liqasının IV turunun “Xəzər Lənkəran” –
“İnter” matçında “Xəzər Lənkəran” klubunun futbolçusu Qalin İvanova
göstərilmiş sarı vərəqənin düzgün olmadığını və həmin sarı vərəqənin ləğv
olunmasını xahiş etmişdir. Apellyasiya və Ekspert Komitəsi bu məsələyə baxılması
üçün İntizam Komitəsinə müraciət etmişdir. İntizam Komitəsi matçın video
yazısına baxdıqdan və AFFA Hakimlər Komitəsinin sədrinin bu epizodla bağlı rəyindən
sonra aşağıdakı qərarı qəbul edir:
- Topaz Premyer Liqasının IV turunun “Xəzər Lənkəran”
– “İnter” matçının 59-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 8 №-li
futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqənin hakim tərəfindən epizodu
duzgün qiymətləndirilmədiyinə görə futbolçuya göstərilmiş sarı vərəqə ləğv
edilir (maddə 19).
|