Topaz və Peşəkar Futbol Liqasının təşəbbüsü ilə jurnalistlər
üçün Premyer Liqanın bölgədə keçiriləcək oyunlarını işıqlandırmaq imkanı yaradılıb.
Belə ki, Topaz Premyer Liqasının XIV turunda reallaşacaq “Simurq” – “Qarabağ”
(30.11.2014, saat 17:00) oyununa jurnalistlərin səfəri təşkil olunacaq. Matçı
işıqlandırmağı arzulayan jurnalistlər bununla bağlı [email protected] ünvanına müraciət edə bilərlər.
Jurnalistlərin sayına uyğun olaraq, nəqliyyat vasitəsi ayrılacaq. Avtobus bir
günlük səfər üçün saat 8-30-da AFFA-nın
inzibati binasının qarşısından yola düşəcək. Qeydiyyat müddəti 28 noyabr saat
12:00-da başa çatacaq.
|