Dorinel Munteanu: “Nəticəyə görə cavabdeh şəxs mənəm” 2014-11-23 |
|
Topaz
Premyer Liqasının XIII turunda “Qəbələ” azarkeşləri qarşısında “Simurq”a 2-3
hesabı ilə uduzdu.
Dorinel Munteanu (“Qəbələ”nin baş məşqçisi):
“İlk növbədə fanatlardan üzr istəyirəm. Biz onlara qələbə bəxş edə bilmədik.
Nəticəyə görə cavabdeh mənəm. Çünki ilk onbirliyi mən təyin edirəm. Nəticə istədiyimiz
kimi olmadı. Ona görə də günahkar mənəm. Bəlkə də qələbəyə daha çox layiq olan
komanda “Qəbələ” idi. Bu gün fərdi planda səhvlər etdik. Bunun da nəticəyə təsiri
oldu. Ruslan Abışov ilk hissədə səhvsiz oynadı. İkinci hissədə müəyyən səhvləri oldu. Müdafidə Ruslan Abışov, Müşfiq Teymurov, Ruslan Tağızadə və Rafael Santosa şans verməli idik. Çünki başqa variantımız yox idi".
|
|
|
|
|
|