George Çixradze: “Hər iki komanda çox sayda qol epizodu yaratdı” 2014-11-23 |
|
Topaz
Premyer Liqasının XIII turunda “Simurq” səfərdə “Qəbələ” ilə üz-üzə gəldi. Gərgin mübarizə şəraitində keçən oyun “Simurq”un
3-2 hesablı qələbəsi ilə yekunlaşdı.
George Çixradze (“Simurq”un baş məşqçisi): “Oyun çox maraqlı alındı. Hər iki
komanda qalib gəlmək istəyirdi. Komandalar çox sayda qol epizodu yaratdı. Bu gün bizim komandamız
mübarizə apardı, qalib gəlməyə çalışdı. Düşünürəm ki, “Simurq” layiq olduğu qələbəni əldə etdi. Azarkeşlərin də bu oyundan razı qalacağını təxmin edirəm. Son 3
oyunda rəqibi qarşılamağa və qapıya zərbələr endirməyə çalışırıq.
Bu gün də eyni işi gördük və 3 qol vurduq. Komandamı oyuna necə hazırladığımı
danışsam, bəlkə də sizin üçün maraqsız olar. Əsas məsələ komandanı oyuna yaxşı
hazırlamaq və rəqibin zəif nöqtələrini tapmaqdır”.
|
|
|
|
|
|