Topaz
Premyer Liqasının XIII turu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən
“Qarabağ” – AZAL görüşü ilə start götürdü. Oyun meydan sahiblərinin 2-1 hesablı
qələbəsi ilə başa çatdı.
Qurban
Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “İstədiyimiz 3 xalı qazana bildik. Əsas heyət oyunçularına şans verdik ki, “Sent Etyen"lə oyundan öncə praktika çatışmazlığı olmasın.
Amma səhvlər yenə də var idi. Onların üzərində
işləməliyik. Reynaldo və Dias zədəlidirlər. Təəsüf ki, Fransada bizə kömək edə
bilməyəcəklər. Reynaldo ancaq 10 gündən sonra oynaya biləcək”.
|