Tərlan Əhmədov: “Qırmızı vərəqə planlarımızı pozdu” 2014-11-23 |
|
Topaz Premyer Liqasının
XIII turu AZAL üçün uğurlu olmadı. “Təyyarəçilər” səfərdə “Qarabağ”a 1-2 hesabı
ilə uduzdular.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “İlk növbədə "Sent-Etyen"lə oyunda "Qarabağ"a
uğurlar arzulayıram. “Qarabağ” Avropada yeganə təmsilçimizdir. Ümid edirəm ki, qələbə
qazanıb, bizi sevindirərlər. Oyuna gəldikdə, biz 30 dəqiqə futbol gördük.
Qırmızı vərəqə bütün planlarımızı pozdu. İstəyirdik hücumları cinahdan quraq.
Etiraf edim ki, səhvlərimiz var idi. Qırmızı vərəqə olmasaydı, bəlkə başqa oyun
görərdik. Amma yenə futbulçularıma təşəkkür edirəm. Azlıqda
qalsaq da, qol vura bildik. "Qarabağ"ı təbrik edirəm”.
|
|
|
|
|
|