“Araz
Naxçıvan” klubu 11 noyabr 2014-cü il tarixli 1/40 saylı məktubla Peşəkar Futbol
Liqasına müraciət edərək heç bir əsas olmadan fəaliyyətini dayandırması və növbəti
turdan etibarən Topaz Premyer Liqasında çıxışını davam etdirməyəcəyini bildirib.
PFL-in klubun fəaliyyətini davam etdirməsi üçün klub rəhbərliyi, Naxçıvan
MR Gənclər və İdman Nazirliyi ilə dəfələrlə
danışıqlar aparması və istənilən köməkliyi təklif etməsinə baxmayaraq, qarşı tərəf
bütün təklifləri mənfi cavablandırıb. Bundan sonra PFL yuxarıda göstərilmiş məsələ ilə bağlı qərar qəbul
etməsi üçün İntizam Komitəsinə müraciət edib. İntizam Komitəsi 17 noyabr 2014-cü il tarixində iclas keçirib və
klubun yarışlardan kənarlaşdırılması qərarını qəbul edib. Yuxarıda göstərilənləri
və klubun PFL-ə ünvanladığı məktubu əsas tutaraq
Ə M R E D İ R Ə M:
· “Araz
Naxçıvan” klubu 2014/2015 mövsümündə Topaz Premyer Liqası və ölkə kubokundan kənarlaşdırılsın.
· “Araz Naxçıvan” klubunun futbolçularına azad agent
statusu verilsin.
PFL-in prezidenti R. Musayev
|